Qurban bayramı ilə əlaqədar 12-13 sentyabrda “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.
“ASAN xidmət”dən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 14-dən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə, müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
Ülviyyə R. Əli
www.oxu.az