“ASAN xidmət” Azərbaycan vətəndaşlarının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Elə öncədən də belə düşünülmüşdü, əsas məqsəd ictimai xidmətləri hamı və hər kəs üçün əlçatan etmək idi.
“ASAN xidmət”in paytaxt və regionlarda fəaliyyət göstərən stasionar mərkəzlər şəbəkəsindən başqa, ölkənin bəzi regionlarında yerində xidmət göstərən Səyyar “ASAN xidmət” mərkəzi də fəaliyyət göstərir.
Oxu.Az-nı suallarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzinin direktoru Kamran Ağasi və Səyyar xidmət üzrə aparıcı mütəxəssis Cavid Quliyev cavablandırır.
- Kamran müəllim, siz Dövlət Agentliyinin tabeliyində olan İnnovasiya Mərkəzinə rəhbərlik edirsiniz. Bu mərkəzin əsas məqsədi nədən ibarətdir?
- Əgər bədii müqayisə aparsaq İnnovasiya Mərkəzi – “ASAN xidmət”in və Dövlət Agentliyinin düşünən beynidir. Bizim əsas məqsədimiz – yeni ideyaların yaradılması və işlənilməsi, təşkilati, texniki və digər innovasiyaların “ASAN xidmət”in və digər dövlət idarələrinin bütün fəaliyyət sahələrində tətbiq edilməsidir.
Məlum olduğu kimi hər şey ideyadan başlayır. Deməli belə bizim işimiz ideyanın nə dərəcədə maraqlı olmasından asılı olmayaraq onun effektivliyini müəyyənləşdirməkdir. Hər şeyi dəqiq ölçüb-biçmək, bu ideyanın insan və texniki resurs baxımından nə qədər məqsədəuyğun olduğunu hesablamaq, tələbat baxımından dayanıqlı olmasını müəyyənləşdirmək, uzun müddətli perspektivə malik olub-olmamasını təyin etmək və s. mütləqdir.
Sadalanan bütün mərhələlərdən sonra ideya həyata keçirilə bilər.
- Haqqında danışdığınız ideyaları kim irəli sürür?
- Bu mənada biz hamıya açıq sayılırıq, yəni biz yalnız mərkəzin əməkdaşları ilə məhdudlaşmırıq.
Qeyd edim ki, İnnovasiya Mərkəzində və “ASAN xidmət”də onlayn “İdeya bankı” fəaliyyət göstərir, bura istənilən vətəndaş ideya əlavə edə bilər. Bura həm əməkdaşlar, həm də müştərilər öz ideyalarını daxil edə bilərlər.
“Bank”a daxil olan bütün ideyaları xüsusi kommisiya nəzərdən keçirir. Onların arasından seçilənlər üzərində işə başlayırıq.
Qeyd edim ki, vətəndaşlar da belə ideyaların ərsəyə gəlməsində fəal iştirak edirlər, bəziləri isə bu və ya digər ideyanı həyata keçirilməsini hətta mərhələlərlə belə təsvir edirlər.
- “ASAN xidmət” yanında səyyar xidmət fəaliyyət göstərir. Bu xidmətin əsas prinsipinin nədən ibarət olduğundan danışardınız? Xidmət nə vaxtdan fəaliyyət göstərir?
- “ASAN xidmət” səyyar xidməti evdə və ya ofislərdə dövlət xidməti göstərir. Bu xidməti bu yaxınlarda cari ilin fevral ayından göstərməyə başlamışıq.
- Bu xidmət hansı əsas müştəri bazasına malikdir?
- Bu xidmət “ASAN xidmət”in əlavə xidmətlər kateqoriyasına aiddir, yəni kütləvi xarakter daşımır. Düzünü desək, biz onu yaradarkən heç kütləviliyi nəzərdə tutumurduq.
Əsasən, bizim müştərilərimiz “zaman-puldur” prinsipini aktual tutan vətəndaşlardır. Bu əsasən biznesmenlər, özəl sektorun nümayəndələri, bir sözlə vaxt çatışmazlığı ucbatından bizim mərkəzlərə müraciət etmə imkanı olmayan vətəndaşlardır. Bu səbəbdən onlar “ASAN xidmət”in səyyar xidmətindn istifadə edirlər.
Xidmət etdiyimiz digər vətəndaşlar qrupu, - I qrup əlillərdir. Bu insanlar fiziki imkanlarının məhdud olduğu üçün bizim mərkəzlərə gələ bilmirlər, ona görə də biz onların yanına gedirik. Bu kateqoriya insnlardan xidmət üçün ödəniş alınmır. Səyyar xidmət göstərilməyə başlanan gündən bu günə qədər tərəfimizdən 150 nəfər, I qrup əlilə xidmət göstərilib.
Bu xidməti sifariş edən, vətəndaş bilməlidir ki, bu xidmət üçün ödədiyi pul, I qrup əlillərə eyni xidmətin pulsuz göstərilməsinə sərf edilir.
Əsas tələb – bu xidməti sifariş edən vətəndaşlar, Bakı qeydiyyatına sahib, paytaxt sakini olmalıdır.
- Səyyar xidmətin ödəniş haqqı, “ASAN xidmət” mərkəzlrində cari rüsumlardan fərqlənirmi?
- Əgər siz rüsumların məbləğini nəzərdə tutursunuzsa, burada heç bir fərq yoxdur, onların məbləği qnunvericiliklə müəyyənləşdirilir və “Asan xidmətin” səyyar xidməti üçün də keçərlidir. Əlavə olaraq xidmətin özü üçün ödəniş edilir.
Eyni zamanda da korporativ müştərilər üçün endirim sistemi nəzərdə tutulub. Yəni bir ünvan üzrə nə qədər çox müştəriyə xidmət göstərilərsə, bir nəfər üçün xidmət haqqı o qədər ucuz başa gəlir.
Oxu.Az texniki məsələlərə aydınlıq gətirmək üçün “ASAN xidmət”in səyyar xidmət üzrə aparıcı mütəxəssisi Cavid Quliyevə müraciət edib.
- Cavid müəllim, səyyar xidmətin ərazi əhatəsi nə qədərdir? Mənə məlum olduğu xidmət yalnız Bakı ərazisində fəaliyyət göstərir?
- Tamamilə doğrudur – xidmət yalnız Bakı ərazisində, yəni Bakı qeydiyyatı olan müştərilərə göstəririk. Nadir hallarda yaxın rayonlara çağırışa gedirik. Bir daha vurğulayım ki, biz yalnız Bakı qeydiyyatı olan müştərilərə xidmət göstəririk.
Eləcə də bizə Bakı da yaşayan Naxçıvan Muxtar Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Cari xidmətin sifarişi necə yerinə yetirilir?
- Bunun üçün 9108 nömrəsinə zəng etmək yetərlidir.
- Xidmətin texniki imkanları nə dərəcədədri?
- Xidmət səyyar olduğu üçün əsas texniki baza avtoparkdır. Sərəncamımızda 3 avtomobil var.
Qeyd edim ki, bir sifariş üçün iki dəfə çıxış etməli oluruq. Birinci dəfə - bütün qrup heyəti ilə - ilkin sənədləri yığmaq üçün, ikinci dəfə isə - əməkdaşlarımızdan biri, hazır sənədlərin verilməsi üçün gedir.
Bundan başqa əməkdaşlarımızın sərəncamında, barmaq izlərinin skaner edilməsi, sənədələrin əsilinin yoxlanılması, foto və s. üçün texniki avadanlıqlarla təchiz edilmiş, sənədlərin tərtib edilməsi üçün xüsusi “çamadan”lar var.
- Dediniz ki, birinci səfərdə müştərin yanına tam mütəxəssis qrupu yollanır. Bu qrupun tərkibinə kim daxil olur?
- Bir qayda olaraq qrup 4-5 nəfərdən ibarət olur. Bu sürücü, fotoqraf, səhiyyə işçisi, bu və ya digər dövlət təşkilatının və “ASAN xidmət” nümayəndəsindən ibarət olur.
- Səyyar xidmətin göstərdiyi xidmətlər siyahısına nə daxildir?
- Hal-hazırda üç növ xidmət göstəririk: uşaqlara və böyüklərə şəxsiyyət vəsiqələrinin verlməsi, xarici pasportların verilməsi və VVAQ xidmətləri – doğum haqqında şəhadətnamə, nikah və ölüm haqqında qeydiyyat şəhadətnamələrinin verilməsi.
Gələcəkdə göstərilən xidmətlərin siyahısını genişləndirməyi düşünürük. Belə ki, bu yaxınlarda sürücü vəsiqələrinin verilməsinə başlayacayıq.
- Anladığım qədər bu xidmət müştərilərin ev və ya ofis ünvanlarına görə yerinə yetirlir. Digər yerlərə çağırış olurmu?
- Adətən insanlar təntənəli şəkildə qeyri-adi məkanda nikah bağlamaq istəyirlər. Qeyd edək ki, biz bu məqsədlə şadlıq saraylarına getmirik.
Və yaxud uşağın doğum haqqında şəadətnaməsini xəstəxandan çıxan gün valideynlərə təqdim edə bilərik.
- Səyyar xidmət hər hansı bir xüsusi aksiya keçirirmi?
- Təbii ki, belə aksiyalardan biz də kənarda qalmırıq. “ASAN xidmət”in ənənlərinə sadiq qalaraq, biz mütəmadi olaraq sosial həmrəyliyi təmin edilməsi istiqamətində müxtəlif sosial aksiyalar keçiririk.
Belə ki, məsələn may ayının 9-da Böyük Vətən Müharibəsinin bir qrup veteranına xidmət göstərmişik. Azərbaycan Silahlı Qüvvələri günü, iyun ayının 26-da, Qarabağ veteranlarına xarici pasportlar, mart ayının 8-də isə 70-ə yaxın məhkum qadına şəxsiyyət vəsiqəsi verilib.
Bizim gündəlik işimiz, hər bir müştərimizin göstərilən xidmətin keyfiyyətindən razı qalmasına yönəlib.
Gülnarə Zeynalova
Fotoqraf: Nüsrət Abdullayev
www.oxu.az