ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Jak For (Fransa) bu gün Azərbaycana səfər edəcəklər.
Oxu.Az-ın məlumatına görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbələrdən məlumat verilib.
Vasitəçilər mayın 31-də ölkənin ali siyasi rəhbərliyi ilə görüşlər keçirməyi planlaşdırırlar.
Bakıda həmsədrlərin ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalterlə görüşü gözlənilir. Bundan sonra vasitəçilər İrəvana gedəcəklər.