Bakıda və regionlarda küçələrdə, prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonları quraşdırılacaq.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" (AYNA) publik hüquqi şəxsi tender elan edib.
İlkin ehtimal olunan qiymət 3 milyon 654 min 73 manatdır.
Qeyd edək ki, müxtəlif bölgələr üzrə ümumilikdə 300 dayanacağın quraşdırılması nəzərdə tutulur.
Məlik Məlikov