Rusiyanın Sverdlovsk vilayətinin administrasiyası “Azərbaycan evi”ni inşa etmək istəyən sahibkara Osnovinski parkındakı torpağın əvəzinə seçim üçün yeddi sahə təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə е1.ru-ya müsahibəsində Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski bildirib.
Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski bəyan edib ki, onlar mehmanxana-işgüzar kompleksin inşası üçün icazəni hələ aprel ayının 20-də alıblar, amma tikintiyə başlamayıblar. Belə ki, seçilmiş yer yaxınlıqda yaşayan evlərin sakinlərinin kütləvi etirazına səbəb olub.
“İndi qubernatorun göstərişi ilə – buna çox dəyər verirəm və buna görə minnətdaram – bizə həqiqətən çox yerdə torpaq sahəsi təklif edirlər. Artıq yeddi sahə təklif edilib. Onlar müxtəlifdir, amma bilirsiz iş nədədir? Bizə bu sahələrin layihəmizə müvafiq olması lazımdır”, - Şıxlinski bəyan edib.
Yerlə əlaqədar inşaatçılar son qərarı noyabrda verəcəklər. İndi onlar SVDƏİN (Sverdlovsk vilayəti üzrə Dövlət Əmlakının İdarəsi Nazirliyi) və Torpaq Münasibətləri Departamenti ilə işləyirlər.