Azərbaycanda elan saytında açıq-aşkar narkotik maddə satılır.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, “Yüksək keyfiyyətli marixuana” başlıqlı elan yerli saytların birində yerləşdirilib.
Elanda xərçəng xəstəliyi və oynaq ağrıları üçün “morfi” effekti verən psixotrop maddələr də təklif olunur. Bunu istənilən şəxs 400 manata yaxın pul ödəyərək əldə edə bilər.
Elana yazılmış telefon nömrəsi Kamerun kodu ilədir. Satıcı ingilis dilində yazdığı elanda narkotik maddəni dünyanın istənilən ölkəsinə çatdırılmasının mümkün olduğunu qeyd edib.
Elan sayta yanvarın 23-də yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, hər hansı platforma vasitəsi ilə narkotik və psixotrop maddələrin satışı qadağandır.
S.B.
www.oxu.az