Respublika üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu məktəblərdən Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır.
Həmin ümumtəhsil məktəblərində cəmi 3582 şagird təhsil alır.
Respublika üzrə 314 məktəbdə tədris Azərbaycan və rus dillərində, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dilində aparılır.
Bu məktəblərin rus bölmələrində təhsil alan şagirdlərin ümumi sayı 82 535 nəfərdir.
Ağsu, Yardımlı, Lerik, Xızı, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Xocavənd, Cəbrayıl, Şuşa rayonlarında rus bölməsi olan məktəblər yoxdur.