Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda futbolçu 32 ildən sonra atasının məzarını tapdı
"Şəmkir" futbol klubunun baş məşqçisi Vüqar Nadirovun Birinci Qarabağ müharibəsində şəhid olmuş atasının məzarı 32 ildən sonra tapılıb.
Oxu.Az xəbər verir ki, Ərşad Nadirovun məzarı Ağdam rayonunda, 4 il yarımdan sonra aşkarlanıb.
44 günlük Vətən müharibəsində Vüqar Nadirovun atasının məzarının olduğu Ağdam rayonunun Uzundərə ərazisi işğaldan azad edilsə də, ərazi təhlükəli hesab olunduğu üçün və işğal dövründə ermənilərin məzarlığı dağıtdıqlarına görə futbolçu tərəfindən məzarın yerini tapmaq və ora səfər etməklə bağlı müvafiq qurumlara müraciət edilib. Nəhayət, bu gün ailə üzvləri Ağdam rayonuna gedərək məzarı ziyarət ediblər.
Ərşad Zahid oğlu Nadirov 1950-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirib. Müharibənin ilk günlərində özü kimi vətənpərvər və döyüşkən oğulları başına toplayaraq "Koroğlu dəstəsi" adlı özünümüdafiə batalyonu yaradıb. Ağdam camaatı onun dəstəsinə həm də "Kötəl batalyonu" deyirdi. Bu batalyon əsasən Şelli istiqamətində döyüşürdü.
Ərşad Nadirov Ağdamın işğalından bir gün əvvəl - 1993-cü ilin iyul ayının 22-də ermənilərin atdığı raketin partlaması nəticəsində döyüşçü dostları ilə birlikdə şəhid olub. Onun cənazəsi Ağdam rayonunda yerləşən Uzundərə ərazisindəki Şəhidlər xiyabanında dəfn edilib.
"Birinci Qarabağ müharibəsi" teqi üzrə xəbərlər
- Şəhidin nəşinin qalıqları 31 il sonra dəfn edildi: "Gözü yolda qalmaq çətin idi"
- Şəhid qardaşı: "Yusifi axırıncı dəfə 1994-cü ildə görmüşəm"
- Ağcabədidə Birinci Qarabağ müharibəsinin şəhidi Miriş Rüstəmov dəfn edilib
- Həqiqət Hüseynova: "Yusif həmişə deyirdi ki, gedib şəhid balaların qisasını almalıdır"
- Qubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanov dəfn edilib