Sumqayıtda avtomobildə gənc oğlanla qızın meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin “3-cü kvartal” ərazisinin həyətindəki qarajda qeydə alınıb.
Hərbi xidmətə getməyə hazırlaşan Kənan adlı oğlan sevgilisi Sevinclə qarajlarında görüşüb.
Avtomobildə kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib.
Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb.
Qeyd olunur ki, hadisə baş verən günün səhəri (iyulun 23-də) Kənan hərbi xidmətə getməli idi, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.