Oktyabrın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var.
Axşam bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 22-27 dərəcə isti olacaq.
Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq.