Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda minlərlə insan aliment ödəməmək üçün gizlənir
Bu ilin ilk yarısında Azərbaycanda 7 min 606 nəfər aliment öhdəliklərini yerinə yetirmədiyi üçün müvafiq dövlət orqanlarından gizlənib.
Yeniavaz.com xəbər verir ki, dövlət orqanları aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin 3 min 174 nəfərinin və ya 42%-nin yerini müəyyən edə bilib. 4 min 432 nəfərin axtarışları isə davam edir.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin sayı 7 min 781 nəfər olub.
Qeyd edək ki, son 5 ildə aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin sayı aşağıdakı kimi olub:
2020-ci ildə - 9 187 nəfər;
2021-ci ildə - 10 197 nəfər;
2022-ci ildə - 10 578 nəfər;
2023-cü ildə - 11 217 nəfər;
2024-cü ilin ilk yarısında - 7 606 nəfər.
"Boşanma" teqi üzrə xəbərlər
- Astarada qayınata gəlini və dörd nəvəsini evə buraxmır
- Boşanan analar uşaqdan ataya qarşı "silah" kimi istifadə edirlər?
- Bahar Muradova: "Erkən nikahlarla bağlı problem yaradan bütün məqamları aradan qaldırmışıq"
- Türkiyənin məşhur modelyeri Ebru Şallı boşanır: "Məgər hər şey maddiyat imiş"
- Qayınata gəlinini sevgilisi ilə tutdu - Samuxdakı qətlin DETALLARI
Rəylər