Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda su itkilərinin əsas səbəbləri açıqlandı
Ölkənin su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15 faizini təşkil edir. Su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən, su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var.
Oxu.Az-ın məlumatına görə, bunu YAP-ın Qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, Kür çayının aşağı axınında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci illə müqayisədə, 20 sm-dən 100 sm-dək aşağıdır:
“Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir. 2018-ci ilin oktyabrında suyun səviyyə 70,78 m təşkil etmişdi. Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard m3 suyun 3.6 milyard m3, yəni 28 faizi itkiyə gedir”.
Nazir bildirib ki, əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir:
“Suların dəqiq uçotunun aparılması, eləcə də, tullantı sularının təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsi təklif olunur. Suyun qənaətlə istifadə olunması üçün nazirliyin hədəfləri var və növbəti illər ərzində bu istiqamətində ciddi proqramlar həyata keçiriləcək”.
İlhamə Əbülfət
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Azərbaycan-Tacikistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib
- Azərbaycan və Rusiya arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib
- Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
- BMT baş katibi Azərbaycana təşəkkür etdi: "COP29-da razılaşma gələcək inkişaf üçün əsas yaradır"
Rəylər