Füzuli rayonunda su kanalına düşən şəxslərin kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı “Hyundai” markalı avtomobili Aygün İsmayılova idarə edib.
Hadisə zamanı onunla birlikdə anası Gülşən Əliyeva da olub.
A.İsmayılova Böyük Bəhmənli 2 saylı kənd orta məktəbinin ibtidai sinif müəllimi, G.Əliyeva 2 nömrəli Füzuli Peşə Məktəbinin direktorudur.
15:30
Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, qəza zamanı avtomobil su kanalına düşüb. Hadisədən sonra ətrafdakıların köməyi ilə avtomobildə olan iki qadın xilas edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, yanvar ayının 9-da Füzuli rayonunun Kərimbəyli kəndində yol-nəqliyyat hadisəsi baş verib:
“Hadisə zamanı “Hyundai” markalı avtomobil su kanalına aşıb, xoşbəxtlikdən avtomobildə olan şəxslərdən xəsarət alan olmayıb”.
View this post on Instagramİlhamə Əbülfət
"Bərdə" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 12-ci günü: Separatçıların liderlərindən biri məhv edilir - Foto/Video
- Vətən müharibəsinin altıncı günü - Düşmənin döyüş bayrağı ələ keçirilir
- Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO
- Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq
- Azərbaycanda bir istiqamət üzrə qatarların hərəkəti müvəqqəti DAYANDIRILIR - SƏBƏB
Digər xəbərlər