Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Universitet rektorunun istefa səbəbi MƏLUM OLDU](https://images.oxu.az/2025/02/14/3lQbRFAMTQZ3qqXOy0ysJVI8skkkXJYLzvZeg4xq:1200.jpg)
Universitet rektorunun istefa səbəbi MƏLUM OLDU
Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-dən öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.
Bu barədə Oxu.Az-a universitetdən məlumat verilib.
Bildirilib ki, sabiq rektor hazırda fəaliyyətini universitetin nəzdində Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru olaraq davam etdirir.
İ.Xəlilovanın rektorluqdan imtina səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub.
Qeyd edək ki, o, Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru vəzifəsində 2016-cı ildən işləyir.
Aləmdə Nəsib
Xəzər Universitetinin rektoru istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə universitetdən AzEdu.az-a bildirilib.
Məlumata görə, Xəzər Universitetinin rektoru İradə Xəlilova istefa verərək, işdən çıxıb.
Qeyd olunub ki, yaxın günlərdə yeni rektorla bağlı məlumat ictimaiyyətə təqdim olunacaq.
"Xəzər Universiteti" teqi üzrə xəbərlər
- Azərbaycanda rektorun qızını aldadıb qızıllarını aldılar
- Bakıda yağış daha bir universitetdə fəsadlar törətdi
- Azərbaycandakı universitetlərin yataqxanaları: Qiymət və şərait necədir?
- Rektor: "Universitetlərdə təhsil haqqı zaman-zaman artacaq"
- İbtidai sinif müəllimliyi ixtisasının proqram akkreditasiyası keçirilən universitetlər - SİYAHI
Rəylər