Şəkidə yeni inşa olunmuş müasir tipli penitensiar kompleks istifadəyə verilib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ölkədə aparılan genişmiqyaslı məhkəmə və ədliyyə, xüsusilə penitensiar islahatlardan danışıb.
O bildirib ki, dövlət başçısının hər bir Azərbaycan vətəndaşına xüsusi diqqət və qayğısı nəticəsində əhalinin ən həssas təbəqələrindən olan təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının daha etibarlı qorunması üzrə əsaslı tədbirlər görülüb, bu məqsədlə mühüm yeni qanunlar qəbul olunub, onların saxlanma şəraiti, ərzaq, tibb və digər təminatları yaxşılaşdırılıb, səmərəli ictimai nəzarət mexanizmi qurulub, cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində başqa dövlətlərə örnək olan nailiyyətlər əldə olunub, bir çox dövlətlər Azərbaycanın bu sahədə müsbət təcrübəsindən bəhrələniblər.
Şəki penitensiar kompleksi müxtəlif rejim korpuslarından, istintaq təcridxanasından, inzibati binadan, məhkumların ailələri ilə uzunmüddətli görüş binasından, müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsindən və s. ibarətdir.
Məhbusların saxlanma kameralarında nümunəvi şərait yaradılıb, onların faydalı işlə məşğul olmaları, asudə vaxtlarının səmərəli təşkili üçün istehsalat, eləcə də idman sahələri təşkil olunub.
Müəssisədə saxlanılan şəxslərin keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx inşa olunub.
Camaşırxanada yeni avadanlıq, habelə kompleksin fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyaları və generatorlar quraşdırılıb, su anbarları, nasosxana qurulub.
Səfər çərçivəsində ədliyyə naziri Şəkidə inşa olunan və 4 məhkəməni əhatə edən müasir məhkəmə kompleksinin tikintisinin gedişi ilə də tanış olub..jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)