İyulun 5-də Azərbaycanın sənayə və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə Bodrumda ailə quran gənc müğənni Safura Əliyeva Azərbaycanı tərk edib.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə rəsmi “Facebook” profilində yazıb.
O, Toliklə toy şəklini paylaşaraq statusda “mən və Tolik! Artıq İstanbul da yaşayıram, dostlar” sözlərini yazıb.
Qeyd edək ki, bundan əvvəl Safura sənəti ilə vidalaşdığını yazmışdı:
“Axşamınız xeyir, mənim əziz fanatlarım, dostlarım. Necəsiniz? Sizin hamınız üçün çox darıxmışam. Mən artıq işlərimə son qoydum. Lakin mən həmişə sizinlə olacam. Sizin hamınızı sevirəm”.
Safura Əliyevanın toyu iyulun 5-də Bodrumda baş tutmuşdu. Bu, Fərhad Əliyevin ikinci evliliyi idi.
Onu da xatırladaq ki, Azərbaycana "Eurovision-2009" müsabiqəsində 3-cü yeri qazandıran müğənni Aysel Teymurzadə də Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə qurduqdan sonra sənətdən uzaqlaşdı.