Bu gün Azərbaycan tərəfindən Türkmənistana "Dostlug" neftdaşıyan tankeri hədiyyə olunub.
Oxu.Az xəbər verir ki, tankerin ümumi uzunluğu 141 metr, eni 16.9 metr, suya oturumu isə 4.54 metrdir.
"Dostlug" neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin dedveyti 7 875 tondur.
Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.
Hədiyyə olunan tankerin görüntüsünü təqdim edirik: