Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanın bir şəhərində bəzi attraksionların istismarı dayandırıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Şirvan şəhərində yerləşən Füzuli parkının ərazisində fəaliyyət göstərən fərdi sahibkar Sənan Amil oğlu Səfərova məxsus attraksionlarda plan üzrə yoxlama aparılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, parkın ərazisində fəaliyyət göstərən 10 ədəd attraksionun rəsmi istismara qəbul sənədləri olmadan istifadə edildiyi, torpaqlanma müqavimətinin və yumşaq qidalandırıcı naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülməsinin aparılmadığı, dövri texniki müayinədən keçirilmədiyi müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
"Füzuli" teqi üzrə xəbərlər
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
- Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanılıb
- Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olundu
- Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib
Rəylər