Həştərxanda keçirilən “Etno-Miss HDTU-2020” müsabiqəsində azərbaycanlı tələbə qalib olub. Qalib adını həmyerlimiz - Həştərxan Dövlət Texniki Universitetinin İqtisadiyyat İnstitutunun tələbəsi Aysel Musayeva qazanıb.
Oxu.Az universitetin rəsmi saytına istinadən xəbər verir ki, A.Musayeva “Miss Təvazökarlıq” nominasiyası üzrə qalib elan edilib.
Yarışda iştirak edən qızlar Azərbaycanı, İspaniyanı, Madaqaskarı, Misiri, Rusiyanı, Ukraynanı və Gürcüstan üzrə özlərinə obrazlar seçiblər.
Müsabiqə üç mərhələdən ibarət olub.
