Qarsda universitetdə təhsil alan azərbaycanlı qadın sahibkar özəl marka geyimləri sahəsində xidmət edəcək “Farida Butique” adlı şirkət açıb.
Bu barədə Karsguncel.com məlumat yayıb.
Qafqaz Universitetində təhsil alan azərbaycanlı Fəridə Mustafayeva çox fərqli konsepsiya ilə şəxsi geyim butiki mağazasını açıb və Qars əhalisinin xidmətinə təqdim edib.
Geyim sənayesində adı tez-tez hallanan “Farida Boutique” adlı müəssisədə bir çox fərqli markada məhsul tapmaq olar.
Mağaza Türkiyənin hər yerinə sifarişlə çatdırmalar da həyata keçirir.