Cari ilin yanvar ayında Gürcüstana 113,8 min Azərbaycan vətəndaşı səfər edib.
Oxu.Az “Sputnik-georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın DİN-i məlumat yayıb.
Məlumata görə, keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 41,9% çoxdur.
Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici vətəndaşlar arasnda birinci yerdədirlər. İkinci yerdə isə Türkiyə vətəndaşlarıdır, iki ay rəzində Gürcüstana 92 min Türkiyə vətəndaşı səfər edib.
Ümumilikdə, bu ilin yanvar-fevral ayında Gürcüstana 683,5 min xarici vətəndaş səfər edib, bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 13,8% artıqdır. Onlardan 360,4 min nəfəri turistlər olub.