Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Azercell" rəhbəri də başına buzlu su tökdü - VİDEO
Daha öncə də məlumat verdiyimiz kimi, son günlər bütün dünyanın diqqət mərkəzində olan və sıravi insanlardan tutmuş məşhur simalara, şirkət rəhbərlərinə qədər bir çox adamın qatıldığı "IceBucketChallenge" ölkəmizdə də maraq doğurub.
"IceBucketChallenge"ə oğlu Oleg Efrim ilə birgə qatılan Kiril Qaburiç indiyə qədər bir çox şəxsdən kampaniyaya qoşulma dəvəti aldığını və onların hər birinə bu xeyirxah işdə vasitəçi olduqlarına görə minnətdarlığını bildirib.
K.Qaburiç növbəti gün «Hospice Angelus Moldova» xeyriyyə fonduna ianə edəcəyini açıqlayıb. Bu təşkilat xərçəng xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə yaradılıb.
Moldovanın İsveçrədəki səfiri İngrid Tersmanı, Moldova Mərkəzi Seçki Komissiyasının sədri İurie Ciocanı və Moldova Lizinq Assosiasiyasının sədri Natan Garsteanı kampaniyaya qoşulmağa dəvət edən K.Qaburiç bu cür xeyriyyə layihələrinə qoşulmağa hər zaman hazır olduğunu bildirib.

Mənbə: Technimum