Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"AzParking"dən ŞİKAYƏT: Problemi bilirlər, amma həll etmirlər
"AzParking" mobil tətbiqi istifadəçilərdə narazılıq yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
İstifadəçi yazıb: "Mavi nöqtədə mənəm, xəritədə məndən əvvəl göstərilən parklanma nöqtəsinə daxil olub avtomobili parklamışam. Cərimə gəlir ki, səhv yerdə parklamısınız. Mən səhv yerdə saxlamamışam".
İstifadəçi eyni zamanda onu da qeyd edib ki, ərazidə parklanmaya baxan "AzParking" əməkdaşı da problemdən xəbərdar olduğunu və dəfələrlə agentliyə bu barədə məlumat verildiyini deyib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar mobil tətbiqdə ən yaxın məntəqəni seçərkən məkan təyinetmə zamanı avtomobilin park edildiyi məntəqə bəzən tam dəqiq göstərilmir.
"Buna görə də ərazidə yerləşən məlumat lövhələrindəki məntəqə nömrəsini daxil etmək vacibdir. Vətəndaşların belə problemlərlə üzləşməməsi üçün mobil tətbiqdə növbəti texniki yenilənmə zamanı sözügedən məsələ də nəzərə alınacaq".
Əzizə İsmayılova
"Parklanma qaydaları" teqi üzrə xəbərlər
- Avtomobilini park edənlərə ÇAĞIRIŞ
- Bakıda sürücüləri narahat edən problem - Bildiriş vaxtından əvvəl gəlir
- Parklanmanın bitməsinə kim qərar verir - sürücü, yoxsa tətbiq?
- Bakıda sürücüləri çaş-baş qoyan parklanma nişanları
- Paytaxtda düzgün park edilməyən avtomobillər cərimələnir: Rəsmi qurum NƏ DEYİR?
Rəylər