Haqqında material dərc etdiyimiz yeddiaylıq Tanurun anası Ülfət Qurbanova bu dəfə anası üçün kömək istəyir. Ona təcili 1 500 manat lazımdır.
Bu barədə Oxu.Az-a Ü.Qurbanova özü bildirib.
Xatırladaq ki, Tanur 2024-cü ilin yanvarında anadan olub. Onun atası faciəli surətdə avtomobil qəzasında həlak olub. Həmin vaxt Ü.Qurbanova hamiləliyinin ikinci ayında olub.
Tanur sağlam doğulsa da, hazırda nevroloji xəstəliyi səbəbindən müalicə alır. Buna isə ailəsinin gücü çatmır. Ü.Qurbanova atasını uşaqkən itirib, anası isə işləmir. Tanur körpə olduğundan qadın işləyə də bilmir. İndi onun başqa bir problemi də yaranıb:
"Bir həftədir ki, anamın xərçəng xəstəliyindən əziyyət çəkdiyini öyrənmişik. Əlimdə olan-qalanı onun müayinəsinə xərclədik. Bu gün isə əməliyyata girib. Əməliyyat pulunu ödəməyə belə imkanımız yoxdur. Həkimlərə yalvarıb, axşam 1 500 manatı ödəyəcəyimə söz vermişəm. Mənim bu həyatda anamdan başqa heç kimim yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm. Bu çətin günlərdə bizə əl tutmağınızı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 949-57-84.
"Kapital Bank": 4169 7385 3170 3456.