Türkiyənin paytaxtı Ankarada xüsusi təyinatlı polis dəstəsinin keçirdiyi əməliyyat zamanı silahlı qarşıdurma yaşanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, silahlı insident zamanı İŞİD üzvü öldürülüb, onun həyat yoldaşı isə yaralanıb.
Hadisə ötən gün səhər saatlarında Haymana rayonunun Sazağası məhəlləsində qeydə alınıb. Təhlükəsizlik qüvvələrinə müqavimət göstərilərək atəş açılması nəticəsində tərəflər arasında atışma yaşanıb.

Qaynar xətt:
(055) 224 12 12