Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 12 və 13 oktyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
"Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür", - deyə ADY-dən bildirilib.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar