Metronun Koroğlu stansiyasında əlillərin hərəkəti üçün nəzərdə tutulan yolu bağlayıblar.
Oxu.Az Aznews.az-a istinadən xəbər verir ki, stansiyanın giriş pilləkənlərində əlillərin istifadəsi üçün nəzərdə tutulan hissəsində mağaza quraşdırılıb.
Bunun nəticəsində pilləkəndə əlil arabalarının hərəkəti üçün nəzərdə tutulmuş keçidlər bağlı vəziyyətdə qalır və bu pilləkənlərdən keçmək istəyən əlillər, eləcə də, uşaq arabası ilə metronun keçidinə düşmüş valideynlər mütləq ətrafdakılardan kömək istəməli olacaqlar.
Maraqlıdır, Metropolitenin biznes maraqları əlillərin hərəkətini məhdudlaşdıracaqdısa, bu pilləkənlər niyə quraşdırılıb?
Qeyd edək ki, Bakı Metropoliten İdarəsinin mətbuat xidmətinin rəhbəri Nəzakər Tarıverdiyeva məsələyə münasibət bildirməkdən imtina edib.