Dünən gecə Bakıda yağan yağış paytaxtda ciddi fəsadlara səbəb olub.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, güclü leysan yağışı nəticəsində paytaxtın əsas yollarında salınmış tunelləri su basıb, bəzi yerlərdə yol örtüyü dağılıb.
Yaranmış problemlərin aradan qaldırılması üçün əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tunellərə yığılmış suları çəkməyə başlayıblar.
Bu zaman maraqlı görüntü də ortaya çıxıb. Belə ki, tunellərdən birindən suyun çəkilməsi zamanı su altından avtomobil çıxıb.
Dünənki yağışın Bakıda yaratdığı fəsadlara aid videonu təqdim edirik.