Bakıda 71 yaşlı qadının meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 10-da günorta saatlarında paytaxtın Nərimanov rayonu, Keşlə qəsəbəsində baş verib.
Bakı şəhər sakini 1955-ci il təvəllüdlü Gülxar Qurban qızı Əhədova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli