Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda 9 yaşlı uşağın ağciyərindən düymə çıxarıldı
Bakıda 9 yaşlı uşağın ağciyərindən yad cisim çıxarılıb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Zaqatala sakini olan İslam Qurbanovun səhhətində narahatlıq yaranıb. Həkim də rentgendən sonra ona soyuqdəymə əliyhinə müalicə yazıb.
Xeyli müddət bu cür müalicə olunduqdan sonra Bakıya gətirildikdə məlum olub ki, azyaşlı düymə udub.
O da məlum olub ki, məktəbli yoldaşları ilə oynayan zaman kiçik dəmir parçasını udan İslam Qurbanov bununla bağlı valideynlərinə məlumat verməyib.
Daha sonra isə azyaşlının səhhətində problemlər ortaya çıxıb. Həkimə aparılan uşaq soyuqdəymə əleyhinə müalicələr alıb.
Bundan sonra uşaqla söhbət edən ana övladının düymə udduğunu öyrənib. Rayondan Bakıya gətirlən uşaq özəl xəstəxanaların birində əməliyyat olunub.
Uşaq müalicəsini evdə davam etdirmək üçün xəstəxanadan buraxılıb.
Ətraflı süjetdə:

"Bakı" teqi üzrə xəbərlər
- Bakıda piyadanı vurmamaq üçün manevr edən sürücü maşını maneəyə çırpıb AŞIRDI
- Uşaqlar soruşur, böyüklər tər tökürlər: "Mən dünyaya necə gəlmişəm?"
- Türkiyəli biznesmenin xatirələri: "Heydər Əliyev bizim üçün məmləkətimizin ünvanı idi"
- Bakıda klinika qarşısında iyrənc mənzərə: Kanalizasiya daşdı, qan qoxusu ətrafı bürüdü
- Faşist Almaniyasının 163 əsgərinin Bakıdakı son mənzili