Bakıda 57 yaşlı kişi intihar edib.
Oxu.Az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ağa Nemətulla küçəsi 63/65 ünvanının qarşısında baş verib.
1956-cı il təvəllüdlü Rauf Mütəllim oğlu Abdullayev qeyd olunan ünvanın qarşısında özünü qaz borusundan asıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Vesti.Az-ın əldə etdiyi məlimata görə, mərhum Bank of Baku-nın əməkdaşı olub.