Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb
Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.
O qeyd edib ki, Elm və Təhsil Nazirliyi həmin müəssisəni Suraxanı rayonunda təşkil edib:
"Bu ilin oktyabr ayında icra prosesi başlasa da, hələlik müəssisənin açılışı olmayıb".
Elm və Təhsil Nazirliyinin Uşaqların müdafiəsi idarəsi rəisinin müavini Günel Səfərova isə DİN rəsmisinə cavabında qeyd edib ki, həmin açıq tipli müəssisə 2025-ci ildə fəaliyyət göstərəcək.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakının mərkəzində külli miqdarda PUL TAPILDI - Sahibinin adı AÇIQLANDI
- Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi ENDİRİLDİ
- Paytaxtın mərkəzi küçəsində QƏZA: İşıqfor zədələndi
- Rüsvayedici xəbərlər yayıb, silinməsi üçün pul tələb edən sayt rəhbərinə hökm oxundu
- Ard-arda iki qəza Bakıda sıxlığa SƏBƏB OLDU
Rəylər