Sabunçu rayonu ərazisində fərdi yaşayış evinin uçması ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili yardıma çağırış gəlib.
Oxu.Az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
O qeyd edib ki, təcili yardım hadisə yerinə çatana qədər dağıntı altında qalan azyaşlı uşaq xilas edilib:
“Uşağın vəziyyəti yaxşıdır. Bizə dedilər ki, təcili yardıma artıq ehtiyac yoxdur, xəsarət alan olmayıb. Uşağın vəziyyəti də yaxşıdır”.
12:37
Bu gün saat 11:12 radələrində Bakının Sabunçu rayonu ərazisində dəhşətli hadisə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən verilən məlumata görə, Ramana-Qala yolunun kənarında fərdi yaşayış evi uçub.
Hadisə nəticəsində azyaşlı uşaq dağıntı altında qalıb.
Hadisə şahidlərinin verdikləri məlumata görə, dağıntı altında daha bir nəfər də var. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları cəlb olunub.
Uşağın dağıntılar altından çıxarılması üçün işlər aparılır. Hələlik azyaşlının sağ olub olmadığı barədə məlumat yoxdur.