Binəqədi rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 28-də Bakı şəhər sakini, azyaşlı İmran Quliyev Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində evin pəncərəsindən (3-cü mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
E.Ə.
www.oxu.az