Rusiya ilə yaşanan təyyarə böhranı və ölkədə baş verən terror hadisələri ilə əlaqədar olaraq, Türkiyə turizm sektoru çətin dövr yaşayır.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Baş verən terror hadisələri ilə əlaqədar olaraq, ölkələrin çoxu Türkiyəyə səfər etmək istəyən turistləri səyahət sığortası ilə sığortalamaqdan imtina edir və ya sığorta haqlarını artırır.
Turist Rəhbərlər Birliyinin sədri Zəki Apalı isə açıqlamasında bu barədə çoxlu telefon zəngləri aldığını bildirib:
“Bəzi ölkələr terror ilə əlaqədar Türkiyəyə gələn turisti sığorta etməkdən imtina edir. Bu da turistin seçiminə təsir edir. Sığorta haqlarını artırdıqları üçün onlar Türkiyəni seçmirlər”.
Ülviyyə R. Əli
www.oxu.az