Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda Hava Limanı-Mərdəkan-Zuğulba yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Bakıda Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bu gün saat 22:00-dan sabah saat 1:00-a qədər qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
"Yol bağlanmır. Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
"Yol təmiri" teqi üzrə xəbərlər
- Cənubi Koreyada tikilməkdə olan YOL ÇÖKDÜ: Ölənlər var
- Lökbatanda yolda təmir işləri tıxaca səbəb olub
- Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb
- Paytaxtın əsas prospektlərindən birində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
- Bakıda hər yağışdan sonra palçıq əmələ gəlir: Qurum qazmaq üçün icazə gözləyir