Martın 4-də Bakıda intihar cəhdinin qarşısı alınıb.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, Bakının Nizami rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ticarət mərkəzinin damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırmaq mümkün olmadığından əlverişli şəraitdən istifadə edərək vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil verilib.
14:01
Bakıda intihara cəhd edən şəxs xilas edildi.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs bildirib ki, onun qardaşı 12 saylı cəzaçəkmə müəssisəsində, günahsız yerə yatır və o, tələb edir ki, qardaşının işinə ədalətlə, düzgün baxsınlar.
Daha sonra hüquq-mühafizə orqanlarının işçiləri hadisə yerinə özünü öldürməklə hədələyən şəxsin bacısını gətiriblər.
Onun vasitəsilə isterik vəziyyətdə olan şəxsi sakitləşdirmək və damdan düşürməyə nail olublar.
Həmin şəxs müvafiq araşdırmalardan ötrü polis bölməsinə aparılıb. Onun qolunda, sinəsində, boğazında bıçaq xəsarətləri görünüb.
13:41
Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.
Oxu.Az Bizimyol.info saytına istinadən xəbər verir ki, 8 km bazarının yaxınlığında bir şəxs, ticarət mərkəzinin sonuncu mərtəbəsinə çıxaraq özünü atmaq istəyir.
Əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəliblər.