Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda kanalizasiya sularının küçəyə axması ilə bağlı problem aradan qaldırıldı
"Xətai rayonu Ramiz Quliyev, 54 ünvanında qeyd olunan problem aradan qaldırılıb".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.
O qeyd edib ki, sözügedən ünvan yataqxana ərazisi olduğu üçün kanalizasiya xətləri düzgün quraşdırılmayıb.
"Nəticədə kanalizasiya xəttində tutulma baş verib. Artıq Xətai rayon Sukanal İdarəsinin Qəza briqadası tərəfindən problem həll olunub.
Vətəndaşlardan bir daha xahiş edirik ki, əllərinə düşən hər şeyi - məişət tullantılarını, uşaq bezlərini və s. kanalizasiya xəttinə atmasınlar. Çünki kanalizasiyaya atılan böyük və bərk tullantılar xətlərin tutulmasına səbəb olur", - deyə A.Cəbrayıllı vurğulayıb.
11:20
"Neçə vaxtdır ki, kanalizasiya suları həyətə axır, amma bunun qarşısını almaq üçün bir tədbir görən yoxdur".
Bunu Oxu.Az-a Bakının Xətai rayonunda yaşayan sakin bildirib.
O qeyd edib ki, söhbət Xətai rayonu Ramiz Quliyev, 54 ünvanından gedir.
"Buranı "Radiozavod yataqxanası" kimi tanıyırlar. Kanalizasiya sularının ətrafa yayılması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, nə baxan, nə də bir tədbir görən var", - deyə bildirilib.
Video və şəkilləri təqdim edirik:
Əzizə İsmayılova
Rəylər