Xətai rayonunda bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.
Xətai rayon sakini Elmar Mustafayev yaşadığı mənzilin eyvanından (5-ci mərtəbə) yıxılıb. O, Rəşad Həşimova məxsus “Kia-Sorento” markalı avtomobilin üstünə düşüb.
E.Mustafayev dərhal xəstəxanaya yerləşdirilib.