Bakıda Xəzər rayonu ərazisində intihar hadisəsi qeydə alınıb.
Oxu.Az-ın Vesti.az-a istinadən verdiyi məlumata görə, Türkan qəsəbəsində dəniz kənarındakı kölgəlikdən asılı vəziyyətdə kişi meyiti tapılıb. İntihar edən şəxs Sabunçu rayon sakini 1963-cü ildə anadan olmuş Orucov Camal Rəhim oğludur.
Araşdırmalar zamanı məlum olub ki, mərhum Nərimanov rayon polis rəisinin keçmiş müavini Mətləb Orucovun qardaşıdır. Mətləb Orucov hazırda təqaüddədir. Bildirilir ki, Camal Orucov çimərliyə intihar etməmişdən iki saat əvvəl özünün “Toyoto Prado”su ilə gəlib. O, özünə çimərlik geyimi aldıqdan sonra iki saata yaxın sahildə gəzib.
Qaranlığın düşməsini gözəyən və ərazidə heç kəsin qalmadığından əmin olan şəxs özünü asıb. Kölgəlik alçaq olduğundan o, ayaqlarının yerə dəyməməsi üçün onları qatlayıb. Özünüqəsdin səbəbləri hələ ki, bəlli deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik bunu intihar edən şəxsin psixoloji vəziyyətinin yaxşı olmaması ilə əlaqələndirilər. Xatırladaq ki, özünü asan Camal Orucovun maddi imkanı, ailədaxili münasibətləri, cəmiyyətdəki mövqeyi yüksək səviyyədə olub.
12:15
Bakının Xəzər rayonu ərazisində çimərlikdə dəhşətli anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Hövsana gedən yolda, çimərlik ərazisindəki istirahət mərkəzlərinin birində asılmış kişi meyiti tapılıb.
Həmin kişinin 50 yaşlarında olduğu bildirilir. İlkin ehtimala görə, həmin şəxs intihar edib.
Hələlik meyitin şəxsiyyəti bəlli deyil.
Faktla bağlı araşdrıma aparılır.