Bakıda 77 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 77 yaşlı Əhəd Abdullayev güclü külək nəticəsində ağacdan yıxılıb.
Hadisə yerinə gələn təcilli yardım ilə xəstəxanaya aparılan Ə.Abdullayev yolda dünyasını dəyişib.