Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində Bakı-Ələt avtomobil yolunun 67-ci kilometrliyində yol qovşağının tikintisi ilə bağlı Kür su kəmərləri sisteminin magistral xətlərindən birinin avtomobil yolunun altına düşən hissəsi köçürülür.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, köçürülmə işlərinin aparılması ilə əlaqədar bu gün həmin magistral xətlə Bakıya su verilməsi dayandırılıb.
Bununla əlaqədar paytaxtın Qaradağ rayonuna, eləcə də Binəqədi və Səbail rayonlarının bir hissəsinə içməli su 48 saat müddətində fasilələrlə veriləcək.