“Bulla-Dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətidə işlər sentyabrın 1-də də davam etdirilib.
Oxu.Az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, özül “Şirvan” və “Z.Hacıyev” kran gəmiləri vasitəsi ilə yanğın zamanı çökmüş qülləaltı postamentin elementlərindən başqa bütün avadanlıqlardan tam təmizlənib.
Qəzanın aradan qaldırılması üzrə bundan sonra aparılacaq əməliyyatlarda iştirak etmək üçün SOCAR-ın Təhlükəsizlik İdarəsinin Fontana qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri ilə birlikdə bu sahədə böyük təcrübəyə malik Amerikanın “Boots & Coots international Well Control” şirkətinin nümayəndələri də dəvət olunublar.
Hadisə yerinə birgə baxış keçirib və quyunun bağlanmasında ”Qurban Abbasov” kran gəmisinin gücündən istifadə olunması qərarına gəlinib.
Hazırda kran gəmisində müvafiq hazırlıq işləri görülür.
Məlumatda bildirilib ki, hava şəraiti imkan verən kimi işə başlanılacaq.