“Bulla-Dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətidə işləri davam etdirilir.
Oxu.Az Azərbaycan Dövlət Neft Şirkətin (SOCAR) rəsmi saytına istinadən xəbər verir ki, aparılan əməliyyatlara Təhlükəsizlik İdarəsinin Fontana qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri, habelə yanğınsöndürmə, kran və yedək gəmilərindən ibarət ümumilikdə 11 gəmi cəlb olunub.
“Şirvan” kran gəmisi özülə yan almış, 6 nəfərdən ibarət əməliyyat qrupu özülə qalxıb.
Qrup özülün qərb hissəsində “katapiller dizel generatorları” sahəsində işləmək imkanın mümkünlüyünü müəyyən edib.
“Şirvan” kran gəmisi yenidən özülə yaxınlaşıb və yanğın zamanı platformada qalmış 3 ədəd 50 kubmetrlik məhlul çəni götürülərək gəminin göyərtəsinə qoyub.