Xalq artisti İlhamə Quliyeva Hollivuda gedən ilk sənətçi olduğunu iddia edib.
Oxu.Az Axşam.az-a xəbər verir ki, müğənni ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında bu səfərinin 9 il əvvəl baş tutduğunu deyib:
“Hollivuda ilk gedən mən olmuşam. 9 il bundan əvvəl getmişdim, dörd-beş medalla döndüm. Mən nəsə edəndə atlanıb-düşüb demirəm ki, bunu etdim, filan yerə getdim. Sual verirlər, cavablandırıram”.