Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda bank deputatı məhkəməyə verdi
Deputat Rafael Cəbrayılov evinin və ofisinin “Nikoil Bank” tərəfindən əlindən alınacağı haqda xəbərə münasibət bildirərkən iddianın əsassız olduğu bildirsə də, qarşı tərəf məlumatı təsdiqləyib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, “Nikoil Bank”ın reklam şöbəsinin rəhbəri Rüstəm Babazadə bildirib ki, Rafael Cəbrayılov banka olan kredit borcunu vaxtında ödəmədiyindən bank tərəfindən məhkəməyə verilib.
Qeyd edək ki, məhkəmə Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib.
İddia onunla əsaslandırılıb ki, bank deputatın bacısının həyat yoldaşı N.Bünyatova 795 min manat məbləğində kredit verib.
Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədilə digər cavabdehlər Rauf, Elşən və Rafael Cəbrayılovlarla zaminlik müqaviləsi bağlanılıb.
Lakin “ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- "Meydan" TV işi üzrə saxlanılan Nurlan Librenin həbs müddəti uzadılıb
- İsveçrə klubunun futbolçusu Azərbaycan millisinə dəvət olundu
- Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
- Daxili Qoşunların yaranmasından 33 il ötür
- Vətən müharibəsinin iştirakçısı paralimpiyanın dağ xizəyi növündə mübarizə aparacaq