Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
Aprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, aprelin 14-ü axşam isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, aprelin 15-dən isə hava şəraitinin daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda qeyd edilib.
Bildirilib ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvan MR-in və Lənkəran-Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir.
Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı gözlənilir. Aprelin 16-da isə yağıntıların daha intensiv olacağı ehtimalı var.
"Qeyri-sabit hava şəraiti" teqi üzrə xəbərlər
- Bakıda güclü külək ağacın bir hissəsini qoparıb kişinin üzərinə AŞIRDI
- Naxçıvanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib
- Naxçıvana dolu DÜŞDÜ: Meyvə bağlarına ziyan DƏYDİ
- Gilas bağlarında acınacaqlı durum: Qubalı fermerlər çıxılmaz halda
- Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ