Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Qalatasaray"ın yeni planı - Azarkeşlər məşqləri ödənişlə izləyə biləcəklər
Türkiyənin "Qalatasaray" klubu nigeriyalı hücumçu Viktor Osimheni qalıcı olaraq transfer etmək üçün yeni tətbiq hazırladıb. Azarkeşlər tətbiqin istifadəsi üçün aylıq üç min Türkiyə lirəsi dəyərində ödəniş etməli olacaqlar.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, klub ilkin mərhələdə 500 min abunəyə çataraq Viktor Osimheni transfer etməyə çalışacaq.
"Qalatasaray" tətbiqi istifadə edəcək azarkeşlərə yeniliklər barədə məlumat verib.
Belə ki, azarkeşlərə məşqləri izləmək və futbolçularla görüşə qədər bir çox imtiyazlar təklif olunacaq. "Qalatasaray" tətbiqi ilə ilk mərhələdə 500 min premium üzvə çatmağı hədəfləyir.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray" forması ilə 20 qol vurub.
"Viktor Osimhen" teqi üzrə xəbərlər
- Viktor Osimhen transfer təklifi göndərən klublara şərtlərini bildirib
- "Qalatasaray" azarkeşlərinə ŞAD XƏBƏR: Viktor Osimhen Türkiyə nəhəngində qalacaq
- Barış Alper Yılmazı transfer etmək istəyən İtaliya klubu "Qalatasaray"la danışıqlara başlayıb
- Viktor Osimhenlə yolları ayırmaq istəyən "Napoli" klubu futbolçunun transfer dəyərini azaltdı
- İngiltərə klubu Viktor Osimhenin transferindən imtina etdi