Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda marşrut xətti müsabiqəyə çıxarıldı: "Avtobuslarda oturacaq da yoxdur"
Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakinləri 206 nömrəli müntəzəm marşrut xətti ilə işləyən avtobusların acınacaqlı vəziyyətindən narazıdırlar.
Bu barədə Oxu.Az-a şikayət ünvanlayan sakin qeyd edib ki, bu xətdəki avtobusların çoxu istismara yararsızdır.
"Avtobuslarda oturacaqlar belə yoxdur. "141"ə zəng etməkdən bezmişik. Amma çarə edən yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirildi ki, Lökbatan qəsəbəsindən metronun "Elmlər Akademiyası" stansiyası və əks istiqamətdə fəaliyyət göstərən 206 nömrəli müntəzəm marşrut xətti üzrə qrafik üzrə səkkiz avtobus 10-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.
"Avtobusların azlığı və nizamlı fəaliyyətin olmaması səbəbindən 206 nömrəli marşrut xətti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müsabiqəyə təqdim olunub", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Maştağada ağaclara QƏNİM KƏSİLDİLƏR: "Gecə məhv edirlər ki, görən olmasın"
- Göygölün Üçtəpə kəndində YOL PROBLEMİ: "Uşaqlar ayaqlarına sellofan geyinirlər"
- Avtokran sürücüsü cərimə protokolu ilə razı deyil: "Maşını sürə bilmirəm"
- Xətai rayonunda sakinlərin SUSUZLUQ PROBLEMİ: "İllərdir deyirik, nəticə yoxdur"
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR