Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Güclü külək Göyçayda fəsadlar törədib: Elektrik enerjisinin verilişi dayandırılıb
Yaxın yarım saat ərzində Göyçayda elektrik enerjisinin verilişi bərpa olunacaq.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən məlumat verilib.
"Külək bir neçə istiqamətdə ağacları elektrik xətlərin üzərinə aşırıb. Nəticədə bir neçə kənd və Göyçay şəhər mərkəzindəki bir neçə küçədə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Artıq problemin böyük hissəsi bərpa olunub. Hazırda qəza xidmətimiz ərazilərdə işi davam etdirir və yaxın yarım saat ərzində qəzanın fəsadları tam olaraq aradan qaldırılacaq", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Dekabrın 17-si günorta saatlarından başlayan güclü külək Göyçayda fəsadlar törədib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, külək şəhər ərazisində bir sıra yaşayış binalarının dam örtüklərini uçurub, irigövdəli ağacları kökündən çıxarıb.
Həmçinin, elektrik dirəkləri aşıb, xətlər qırılıb.
Rayona və kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
"Küləyin fəsadları" teqi üzrə xəbərlər
- Cənub rayonlarında güclü qar elektrik şəbəkələrində qəzalara səbəb oldu
- Lökbatanda güclü külək dayanacağı aşırdı
- "Qəbələ" klubunun idman direktoru: "Xaricdən mütəxəssis dəvət etmişik"
- Güclü külək İvanovkada ağacları kökündən qopardı: Elektrik verilişində fasilə yarandı
- Üzərinə darvaza aşan Ağsu sakini öldü